“Səbail” rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar müsbət nəticələnib
Bakının “Səbail” futbol klubunun rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar başa çatıb.

Tərəflər mövcud olan müqavilənin daha 1 il uzadılması barədə ortaq məxrəcə gəliblər. Qırx bir yaşlı baş məşqçi 2017-ci ilin yayından Bakı təmsilçisini çalışdırır.

“Səbail” onun rəhbərliyi altında bir sıra yeniliklərə imza atıb. Komandanı tarixində ilk dəfə Premyer Liqanın bürünc medalçısı edib. Komanda, həmçinin Avropa Liqasında iştiraka nail olub.

Xəbər 250 dəfə oxundu.