Küveyt millisinin nümayəndə heyətinin başçısı Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentinə minnətdarlıq edib
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə dörd yoldaşlıq oyunu keçirib. Sonuncu qarşılaşmadan sonra Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi Küveyt milli komandasının nümayəndə heyətinin başçısı Mohammed Bu Abbasla görüşüb.

Qonaqlar yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Xəbər 408 dəfə oxundu.