Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları “Victory cup” beynəlxalq turnirində uğurla çıxış ediblər
Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Antalyada yeniyetmə (U17) idmançılar arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçirilən “Victory cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Yiğma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin sərbəst güləş üzrə idmançıları Vasif Bağırov (48 kq) birinci, Sadiq Hüseynov (45 kq) ikinci, 1 nömrəli Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirməsi Elman Ağayev (51 kq) üçüncü yerləri tutublar.

Yunan-Roma güləşi üzrə komanda üzvlərindən 2 nömrəli RİOEUGİM-in təmsilçisi Murad Əliyev (51 kq) qızıl, Gəncə şəhər uşaq-gənclər idman-şahmat məktəbinin güləşçiləri Hüseyn Savadov (45 kq), Əli Əlizadə (65 kq), 5 nömrəli RİOEUGİM-in idmançısı Məhəmməd Qasımzadə (60 kq) gümüş, 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin təmsilçisi Tural Əhmədov (55 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası 3 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 9 medal qazanaraq komanda hesabında üçüncü yeri tutub. Yunan-Roma güləşi üzrə isə 3 qızıl, 4 gümüş, 3 bürünc medal qazanan komandamız ümumi hesabda qalib adına layiq görülüb.

Xəbər 428 dəfə oxundu.