Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan çempionatının ən yaxşı oyunçusu seçilib
“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, A.Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan kuboku yarışlarının ikiqat qalibi adını qazanıb.

Xəbər 537 dəfə oxundu.