Nərimanov rayonunda tələbə qızlar arasında voleybol yarışının qalibi müəyyənləşib
45 nömrəli tam orta məktəbdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri (qızlar) arasında voleybol üzrə Nərimanov rayonu üzrə yarış keçirilib.

Bağlanış mərasimində müasir müstəqil dövlətimizi quran və onun inkişaf yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Qeyd edilib ki, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyi barədə Ulu Öndərin müdrikcəsinə söylədiyi fikirlər 44 günlük Vətən müharibəsində gerçəkləşib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində bu müqəddəs missiyanı gerçəkləşdirib, məcburi köçkün həmvətənlərimizin doğma yurda qayıdışına imkan yaradılıb.

Yarışda 8 komanda - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Qərbi Kaspi Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dillər Universitetinin, “Odlar Yurdu” Kollecin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin komandaları iştirak edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası yarışda birinci olub. Azərbaycan Dillər və Bakı Avrasiya universitetlərinin komandaları ilk üçlükdə yer alıblar.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

Xəbər 500 dəfə oxundu.