Azərbaycan Badminton Federasiyası hakim olmağı arzulayan şəxslər üçün seçimlərə start verir
Azərbaycan Badminton Federasiyası hakim olmağı arzulayan şəxslər üçün seçimlərə start verir.

Bu peşənin sahibi olmaq istəyənlər 055 541 03 97 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Azərbaycan Badminton Federasiyası tərəfindən təşkil olunacaq kurslar pulsuzdur.

Yaşı 18-dən aşağı olmayan, orta, texniki və ya ali təhsili olan istənilən Azərbaycan vətəndaşı qeydiyyat üçün müraciət edə bilər.

Seçimlər yay boyunca davam edəcək.

Xəbər 532 dəfə oxundu.