“Zirə” klubu braziliyalı müdafiəçi ilə maraqlanır
“Zirə” klubunun növbəti mövsümdə heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı məlum olub.

Qəsəbə təmsilçisi braziliyalı müdafiəçi Savio ilə maraqlanır.

Hazırda Portuqaliyanın “Rio Ave” klubunda çıxış edən 27 yaşlı futbolçu əvvəllər doğma ölkəsinin “Ferroviariya”, “Amerika” və “Londrina” klublarının da şərəfini qoruyub.

Xəbər 412 dəfə oxundu.