Camal Əhmədzadə: Rusiyaya səfər edəcək heyətdə kifayət qədər güclü idmançılar var
İyunun 8-dən 13-dək Rusiyanın Soçi şəhərində strikt karl idman növü Avropa çempionatı keçiriləcək. Yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.

Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə deyib.

C.Əhmədzadə bildirib: “On altı idmançıdan 8-i biçeps hərəkətində mübarizə aparacaq. Bu hərəkətdə ölkəmizi Sənan Şükürov, Mikayıl Cəfərov, Mübariz Musayev, Rauf Kazımov, Emin Nadirov, Cəlil Əliyev, İsa Abbaszadə və Sadiq Abdullayev təmsil edəcəklər. Dedlift hərəkətində isə 4 idmançımız gücünü sınayacaq. Belə ki, onlardan 3-ü kişi, 1-i isə qadın idmançıdır. Sadiq Kamilov, Asif Beliyev, Fuad Xanızadə və Əsmayıl Məmmədli medallar uğrunda yarışacaqlar. Vüsal Cəmilov, Aqşin İsmayılov və Şamil Məlikyeqanov isə benç-press hərəkətində birincilik uğrunda mübarizə aparacaqlar. Özüm isə sqaut hərəkətində çıxış edəcəyəm”

Çempionata hazırlığın AAAF fitness idman zalında təşkil olunduğunu diqqətə çatdıran C.Əhmədzadə komandanın tam heyətlə məşq etdiyini vurğulayıb: “İdmançıların çempionatda uğurla çıxış etməsi üçün Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev tərəfindən hər cür şərait yaradılıb. Hazırlıq plana uyğun davam edir. Rusiyaya səfər edəcək heyətdə kifayət qədər güclü idmançılar var. Onların hər birinin mükafatçılar sırasında yer almaq imkanı böyükdür”.

Qeyd edək ki, millimiz çempionatda Gənclər və İdman Nazirliyi və Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə çıxış edəcək. İdmançılarımız qitə birinciliyində C.Əhmədzadənin rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər 503 dəfə oxundu.