Şahmatçılarımız Daşkənddə beynəlxalq turnirdə çıxış edəcəklər
Sabah Daşkənddə şahmat üzrə beynəlxalq turnir start götürür.

Yarışda ölkəmizi Vüqar Əsədli, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Vüqar Manafov və Şahin Vəliyev təmsil edəcəklər.

İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olacaq turnir iki gün davam edəcək.

Yarışda 46 şahmatçı iştirak edəcək ki, onlardan da 16-sı qrosmeysterlərdir.

Xəbər 244 dəfə oxundu.