Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş badminton turniri keçirilib
Nəsimi Rayon Gənclər və İdman İdarəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş badminton turniri keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək, badminton idman növünə marağını artırmaq və onlar arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdən ibarətdir.

Turnirdə ASAN könüllüləri və Azərbaycan Tibb Universitetinin badmintonçu tələbələri güclərini sınayıblar.

Sonda qaliblər Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 488 dəfə oxundu.