Şahmatçımız Vüqar Əsədli Daşkənddə Aqzamov memorialı yarışında 3-8-ci yerləri bölüşüb
Daşkənddə 15-ci dəfə keçirilən Aqzamov memorialı yarışı başa çatıb.

Yarışın güclü A turnirində mübarizə aparan təmsilçimiz Vüqar Əsədli 10 turda yeddi xal toplayaraq 3-8-ci yerləri bölüşüb. O, bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalıb. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Vüqar Manafov 6, Məhəmməd Muradlı, Şahin Vəliyev 5 xal toplayıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilib.

Turnirdə 66 şahmatçı iştirak edib ki, onlardan da 16-sı qrosmeysterlər olub.

Xəbər 445 dəfə oxundu.