Gənclər və idman naziri Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb
Mayın 11-də gənclər və idman naziri Fərid Qayıbov cüdo üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Cüdo üzrə milli komandanın üzvlərini salamlayan nazir onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər Fərid Qayıbova yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.

Qeyd edək ki, cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş qitə birinciliyində 3 medal qazanıblar. Belə ki, 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal qazanıblar.

Xəbər 2586 dəfə oxundu.