MBA-da mövsüm ün ən yaxşı oyunçusu və məşqçisi müəyyənləşib
Milli Basketbol Assosiasiyasında (MBA) bir neçə kateqoriyada mövsümün ən yaxşıları nominasiyasının qalibləri müəyyənləşib.

“Denver Naggets”in serbiyalı mərkəz oyunçusu Nikola Yokiç müntəzəm çempionatın nəticələrinə əsasən, mövsümün ən yaxşı basketbolçusu seçilib. O, ardıcıl ikinci mövsüm bu mükafata sahib olub. Basketbolçu bu mövsüm müntəzəm çempionatda hər oyuna orta hesabla 27,1 xal, 13,8 ribaund və 7,9 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla yanaşı, N.Yokiç müntəzəm çempionatda bir mövsümə 2000 xal, 1000 ribaund və 500 məhsuldar ötürmə edən ilk oyunçu kimi tarixə düşüb.

“Finiks Sanz”a rəhbərlik edən Monti Uilyams isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. Əlli yaşlı mütəxəssisin sayəsində Arizona klubu bu mövsüm müntəzəm çempionatın qalibi olub. Onun başçılığı altında “Finiks” 64 qələbə qazanıb, 18 dəfə məğlub olub.

Xəbər 281 dəfə oxundu.