"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovla müqaviləni yeniləyib
Ağdamın "Qarabağ" futbol klubu baş məşqçisi Qurban Qurbanovla müqaviləni yeniləyib.

Yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Q.Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Mütəxəssis bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Ağdam təmsilçisi ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

Xəbər 514 dəfə oxundu.