Ciu-Citsu üzrə Bakı kuboku yarışı keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Sərhədçi İdman Olimpiya Mərkəzində ciu citsu üzrə Bakı kuboku yarışı keçirilib.

Baş İdarənin və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin 16 klubundan 270 idmançı iştirak edib.

Turnirin rəsmi açılış hissəsində Raqif Abbasov və Azərbaycan Ciu Citsu federasiyasının nümayəndələri çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb, idmançılara uğurlar arzulayıblar.

Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar və medallar təqdim olunub.

Xəbər 516 dəfə oxundu.