Bakıda hakimlər üçün taekvondo üzrə beynəlxalq seminara start verilib
Bu gün Bakıda hakimlər üçün taekvondo üzrə beynəlxalq seminara start verilib.

Mayın 14-dək davam edəcək seminara dünyanın müxtəlif ölkələrindən 120-dən çox ədalət təmsilçisi qatılıb.

Azərbaycan Taekvondo Federasiyasının ev sahibliyi ilə Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən keçirilən seminarda ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, DTF-in baş hakimi Ameli Moras, Avropa Taekvondo Birliyinin baş hakimi Şakir Çelbat, təlim direktoru Filipp Bouedo və təlimçi Yoo Jung Seok hakimləri salamlayaraq onlara uğurlar arzulayıblar.

Asiya, Avropa və Afrika ölkələrindən olan hakimlərin qatıldığı seminara yerli hakimlərdən beynəlxalq referi Gündüz Abdullayev, Oh Kvanq Çeol, Elşad Məmmədov, Elşad Qüdrətli, Coşqun Nadirov, Ramal Camalov, Ramal Əsgərov, Aygül Abdullayeva və milli hakim Jalə Əsədova da iştirak edib.

Seminarlar gün ərzində iki dəfə, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçiriləcək.

Xəbər 371 dəfə oxundu.