“Neftçi” futzal klubu üçüncü dəfə Yüksək Liqada bürünc medal qazanıb
Cari mövsümü üçüncü pillədə başa vuran və bürünc medal qazanan “Neftçi” futzal klubu Yüksək Liqada bunadək sonuncu mükafatını 2016-2017-ci il mövsümündə qazanıb. Həmin il “Araz-Naxçıvan”ın liderliyinə mane ola bilməyən klub gümüş medala sahib olub.
Beş mövsümlük fasilədən sonra “Neftçi” Elşad Quliyevin rəhbərliyi altında bürünc medalı kolleksiyasına əlavə edib. Bakı təmsilçisi artıq 3-cü dəfə bürünc medal qazanıb. Bunadək komanda 2012-2013-cü və 2015-2016-cı il mövsümündə analoji uğuru əldə edib.

Qeyd edək ki, komanda üçün cari mövsüm hələ başa çatmayıb. Belə ki, mayın 24-də keçiriləcək “Badamlı Azərbaycan kuboku” yarışının finalında “Neftçi” komandası “Alyans Qrup”la qarşılaşacaq.

Xəbər 496 dəfə oxundu.