“Qəbələ” klubu Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək
AFFA-nın təşkil etdiyi futbol üzrə Gənclər Liqasının 2021-2022-ci il mövsümünün qalibi məlum olub.

Təxirə salınmış oyunda “Qarabağ”ı 6:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

AFFA Gənclər Liqasının qalibi 2022-2023-cü il mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

Xəbər 374 dəfə oxundu.