MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Kamerunda idman obyektlərinə baxış keçirib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Kamerun–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının prezidenti Çingiz Hüseynzadə Kameruna səfər edib.

Ç.Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kamerun Milli Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atangana, xarici işlər nazirinin müavini Mbaya Feliks ilə görüşüb.

Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.

Xəbər 447 dəfə oxundu.