Fudokan üzrə birinci açıq Sumqayıt birinciliyi və çempionatı keçiriləcək
Mayın 14-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fudokan üzrə birinci açıq Sumqayıt birinciliyi və çempionatı keçiriləcək.

Yarışda 400-dən çox fudokançı “Bu günün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçısıdır” şüarı altında mübarizə aparacaq.

Qaliblər medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Dünya Fudokan Federasiyasının ölkəmizdəki rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 269 dəfə oxundu.