Azərbaycan millisinin Slovakiya və Belarus ilə oyunları üçün biletləri satışa çıxarılıb
UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Slovakiya və 13-də təşkil olunacaq Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb.

Oyunlara birinci kateqoriya üzrə biletlərin qiyməti 5, ikinci kateqoriya üzrə isə 2 manat təşkil olunur. VIP biletlər isə 10 manatdır.

Hər iki oyun “Dalğa Arena”da təşkil olunacaq.

Xəbər 251 dəfə oxundu.