Peşəkar və həvəskar baykerlər birlikdə yarışdılar
Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin Təşkilatçılığı ilə 01-02 sentyabr 2012-ci il tarixində Şamaxı rayonunun Avaxıl kəndində “Mototurizm” turu həyata keçdi. Turda 9 peşəkar, 11 həvəskar baykerlər və bu sahəyə marağı həcmləri, yol hərkəti qaydaları, sürücülərin hüquqları izah olundu. Bundan başqa tur zamanı baykerlər Şamaxı rayonunun tarixi, mədəniyyəti, adətləri ilə də yaxından tanış oldular. Əsas yaşanan problemlərdən biri maşınların yol hərəkəti zamanı motosikl sürənlərin sıxışdırılmasıdır. Tur zamanı Mototreykin açılması, Lökbatanda olan Motokrosun bərpası və motosikl idman növünü inkişaf etdirmək üçün təkliflər irəli sürdü.

Xəbər 2447 dəfə oxundu.