Lüksemburqda "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub
Lüksemburqda "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub.

Turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil ediblər.

Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 hesabı ilə məğlub ediblər. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 hesabı ilə məğlub olub.

Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 hesabı ilə uduzub.

Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 hesabı ilə məğlub etsə də, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 hesabı ilə uduzub.

Xəbər 527 dəfə oxundu.