"Red Bull Racing"un pilotu Maks Ferstappen cari mövsüm üçüncü qələbəsini qazanıb
“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 Mayami Qran-Prisinin qalibi olub.

Dünya çempionatının beşinci mərhələsində ilk üçlükdə “Ferrari”nin pilotları - Çarlz Lekler və Karlos Sayns yer alıblar.

M.Ferstappen cari mövsüm 3-cü, karyerasında isə 23-cü qələbəsini qazanıb.

İki həftə sonra yarış Barselonada təşkil olunacaq.

Azərbaycan Qran-Prisi isə iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 500 dəfə oxundu.