“Əhmədli Yunayted” komandası “Bahar turniri”nin qalibi olub
AFFA-nın təşkilatçılığı ilə 12 yaşadək qız futbolçular arasında “Bahar turniri” keçirilib.

“Aura” idman kompleksinin qapalı meydançasında keçirilən turnirdə 74 yeni qız futbolçu qeydiyyata alınıb.

“Əhmədli Yunayted” komandası turnirin qalibi olub. “Baku Sporting” və “Şimal" (Xaçmaz) komandaları ilk üçlükdə yer alıblar.

Mükafatçı komandalara diplom və medallar, qalibə isə kubok təqdim olunub. Mükafatları AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 yığmamızın çalışdırıcısı Zamir Həsənov, U-15 seçməmizin baş məşqçisi Nərgiz Qurbanova və Qadın futbolu departamentinin rəisi Əminə Həsənova təqdim edib. Yeddi qolla “Bakinka” komandasının üzvü Sara Səlimova turnirin ən məhsuldar oyunuçusu, “Baku Sporting” komandasından Aydan Nəsrullayeva ən yaxşı futbolçu, “Şimal”ın (Xaçmaz) qolkiperi Qızılgül Dadaşova isə turnirin ən yaxşı qapıçısı seçilib.

Xəbər 354 dəfə oxundu.