Çimərlik futbolu üzrə Azərbaycan millisi Küveyt yığmasını məğlub edib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 6:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqləniblər.

Komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.

Xəbər 495 dəfə oxundu.