Çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilir
Çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilir. Super Liqa adı altında təşkil olunan yarışında 6 komanda iştirak edir.
Super Liqaya futbol üzrə Premyer Liqada çıxış edən klubların da çimərlik komandaları qatılıb. Dairəvi sistemlə keçiriləcək yarışda bu komandalar yer alıb: “Turan”, “Neftçi İSM”, “Bakı”, “Qarabağ”, “Sumqayıt”, “Sərhədçi”. Super Liqanın qalibi ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək.
3 sentyabr
Neftçi İSM – Sərhədçi 4:2
Bakı – Sumqayıt 7:2
4 sentyabr
Qarabağ – Turan 12:11
Sumqayıt – Sərhədçi 8:4
Neftçi İSM – Sumqayıt 6:1
Bakı – Qarabağ 11:12
Neftçi İSM – Turan 7:4
Bakı – Sərhədçi 10:5
5 sentyabr
Neftçi İSM – Bakı 1:2
Nefçi İSM – Qarabağ 6:1
Sumqayıt – Turan 1:3
Sərhədçi – Turan 5:8
Xəzri Buzovna – Sərhədçi 8:3
6 sentyabr
16.00 Bakı – Turan
17.00 Qarabağ – Sumqayıt
Qeyd edək ki, “Bakı” bu gün qələbə qazanacağı təqdirdə çempionunluğunu elan edəcək. Şəxsi oyunlarda “Neftçi İSM”i üstələyən “zolaqlılar” xalları bərabərləşdirərək, istəyinə çata biləcək.
Turnir cədvəli:
1. Neftçi İSM – 12 xal
2. Bakı – 9 xal
3. Qarabağ – 7 xal
4. Turan – 6 xal
5. Sumqayıt – 3 xal
6. Sərhədçi – 0 xal

Xəbər 1280 dəfə oxundu.