Millimiz yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışını başa vuran 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

“Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində Hüseyn Atayev və Ümid Səlimov fərqlənib.

Xəbər 378 dəfə oxundu.