Azərbaycan şahmatçısı Daşkənddə keçirilən Aqzamov memorialı yarışında uğurlu çıxışını davam etdirir
Azərbaycan şahmatçısı Vüqar Əsədli Daşkənddə keçirilən Aqzamov memorialı yarışında uğurlu çıxışını davam etdirir.

15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan təmsilçimiz ötən 7 turda 5 xal toplayıb. O, bu nəticə ilə liderdən cəmi yarım xal geri qalır. Digər şahmatçılarımız Misrətdin İsgəndərov 4,5, Məhəmməd Muradlı, Vüqar Manafov 4, Şahin Vəliyev 3,5 xal toplayıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir.

Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.

Xəbər 262 dəfə oxundu.