Təmsilçilərimiz bədii gimnastika və aerobika üzrə hakimlik imtahanlarını uğurla başa vurublar
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən keçirilən bədii gimnastika və aerobika gimnastikası üzrə hakimlik imtahanlarının nəticələri açıqlanıb.

Hər iki növ üzrə təmsilçilərimiz COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanları uğurla başa vurublar.

Bədii gimnastika üzrə qrup hərəkətləri proqramında 23, fərdi proqramda isə 21 hakimimiz imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələnib. Aerobika üzrə isə 6 hakimimiz yenidən beynəlxalq hakimlik kateqoriyası əldə edib.

Qeyd edək ki, FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dörd ildən bir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.

Xəbər 441 dəfə oxundu.