Berti Foqts “Xəzər Lənkəran” rəhbərliyinə müraciət edib
Berti Foqts “Xəzər Lənkəran” rəhbərliyinə müraciət edib. Bu barədə millinin baş məşqçisi özü məlumat verib.
Foqts bildirib ki, Kamran Ağayevin durumu ilə bağlı klub rəhbərliyi ilə danışıb: “Xəzər Lənkəran” rəhbərliyi ilə söhbətləşmişəm. Təəssüf ki, onlara təsir etmək gücündə deyiləm”.
Alman çalışdırıcı yığmanın qapıçıları ilə bağlı fikir bildirib: “Kamrandan sonra ikinci qapıçımız Anar Nəzirovdu. Andrey Popoviç hələ yığmada oynamağa hazır deyil. Buna görə də Aqil Məmmədovu yığmaya çağırdım. “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakla Anar Nəzirovun niyə oynamadığı barədə söhbət etdim. O deyir ki, Anardan daha braziliyalı qapıçıları var”.

Xəbər 891 dəfə oxundu.