Tunisdə qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi yarışda mübarizəyə yekun vurulub
Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi yarışda mübarizəyə yekun vurulub.

Esas mərhələdə çıxış edən qadın sablyaçılarımızdan Sevil Bünyatova ABŞ idmançısı Maqda Skarbonkieviczə 15:12 hesabı ilə qalib gələrək 32-liyə yüksəlib. Bu mərhələdə yunan Teodora Gkountoura ilə qarşılaşan Sevil rəqibinə 12:15 hesabı ilə uduzub.

Təsnifatdan əsas mərhələyə yüksələn Polina Kaspiaroviç alman Julika Funkeyə 13:15 hesabı ilə məğlub olub.

Turnirin reytinq favoritlərindən sayılan Anna Başta əsas mərhələdə keçirdiyi ilk görüşdə fransalı Sirielle Girardinə 12:15 hesabı ilə uduzub.

Xəbər 535 dəfə oxundu.