Rumıniyada yeniyetmələr arasında Avropa kuboku yarışında Azərbaycan komandası birinci pillədə qərarlaşıb
Rumıniyada yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışına Azərbaycan cüdoçuları uğurla start veriblər.

Buxarestdə təşkil olunan turnirin birinci günündə komandamızın üzvləri 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki, yığmamızın aktivinə qızıl medalları Şahin Oruczadə (55 kq), Mehdi Cəfərov (66 kq) yazdırıblar. Məhəmməd Məmişov (50 kq) gümüş, Məhəmməd Musayev (55 kq), Əbil Yusubov (66 kq), Vüsalə Hacıyeva (52 kq) bürünc medal əldə ediblər. Komandamız bu nəticə ilə ümumi hesabda birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycan 20 idmançı ilə təmsil olunur.

Xəbər 286 dəfə oxundu.