Mahir Şükürov: “Qələbə qazanmaq istəyirik və bunun üçün hər şeyi edəcəyik”
“Maraqlı oyun olacaq. Azarkeşlərimizin önündə oynayırıq. Qələbə qazanmaq istəyirik və bunun üçün hər şeyi edəcəyik”. Bu sözləri milli komandamızın üzvü Mahir Şükürov deyib.
Millimiz DÇ-2014-ün seçmə mərhələsində ilk oyununu sabah İsrailə qarşı keçirəcək. Matçdan öncə təşkil olunan mətbuat konfransında çıxış edən Mahir öz mövqeyində oynayacaq rəqib futbolçunu təhlil etdiyini bildirib: “Mənim cinahımda Yossi Benayun oynayacaq. Onun oyununu təhlil etmişəm və özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.

Xəbər 921 dəfə oxundu.