Kiçik yaşlı yeniyetmə cüdoçular arasında 6 çəki dərəcəsində qaliblər müəyyənləşib
Kiçik yaşlı (U-15) yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edir.

Yarışın ikinci günündə oğlanlar və qızlar arasında 6 çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, Yağmur Abdullayeva (32 kq), Leyla Ələkbərova (44 kq), Zəhra Hüseynzadə (57 kq) qızlar, Məhəmmədəli Hüsüyev (38 kq), Nemət İsayev (50 kq), Amin Mehdiyev (66 kq) oğlanlar arasında keçirilən yarışda qalib adını qazanıblar.

Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, onun təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

Sabah başa çatacaq birinciliyə Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qatılıb.

Xəbər 415 dəfə oxundu.