Çimərlik futbolu üzrə millimiz Küveyt yığması ilə qarşılaşıb
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığma komandası millimizlə növbəti yoldaşlıq oyununu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyunlar mayın 8-də və 11-də olacaq.

Xəbər 527 dəfə oxundu.