“Qarabağ” müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır
Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır.

İtaliya və Yunanıstan klublarından təkliflər alan müdafiəçi daha 3 il Azərbaycanda qalacaq. Kolumbiyalı legioner gələn ilin yayında bitəcək müqaviləsini 2 il müddətinə yeniləməyə razılıq verib. Bunun qarşılığında onun qazancı indiki ilə müqayisədə 100-150 min dollar civarında artırılacaq.

“Tank” ləqəbli arxa xətt oyunçusu 2020-ci ilin iyulunda "Çaves"dən transfer olunub.

Xəbər 446 dəfə oxundu.