Sabah Sarayevoda cüdo üzrə Avropa kuboku yarışı yarışı start götürəcək
Mayın 7-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.

Iki gün davam edəcək yarışda Azərbaycan yığması qadınların mübarizəsində altı idmançı ilə təmsil olunacaq. Belə ki, məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə turnirdə Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) iştirak edəcəklər.

Yarışda dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Xəbər 577 dəfə oxundu.