“Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ikinci görüşünü macarıstanlı şahmatçı ilə keçirəcək
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin ikinci turunun oyunları təşkil olunacaq.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci görüşünü macarıstanlı Riçard Rapporta qarşı keçirəcək.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Xəbər 533 dəfə oxundu.