“Təhsil” Respublika İdman Mərkəzinin cüdoçuları beynəlxalq turnirdə uğurla çıxış ediblər
“Təhsil” Respublika İdman Mərkəzinin təmsilçiləri beynəlxalq yarışda yüksək nəticələr əldə ediblər.

Türkiyənin Karaman şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə mərkəzin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin idmançıları 4 qızıl, 1 bürünc medal qazanaraq komanda hesabında ikinci yerə çıxıblar. Qızıl medalı yığmanın aktivinə Cəfər İsmayıl (34 kq), Murad Kəbirov (42 kq), Tamerlan Məmmədov (+60 kq) və Sübhan Axundov (+73 kq) yazdırıblar. Digər cüdoçumuz Davud Sadıxov (50 kq) isə bürünc medala sahib olub.

Yarışda 5 ölkədən 350-dən çox idmançı mübarizə aparıb.

Xəbər 528 dəfə oxundu.