Bu gün kiçik yaşlı yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürür
Bu gün kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi start götürür.

Gənclər və İdman Nazirliyinin və ACF-nin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışa Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qatılacaq. 2008-2010-cü illər təvəllüdlü idmançıların iştirakı ilə keçiriləcək turnir üç gün davam edəcək.

Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

Xəbər 258 dəfə oxundu.