Yüksək Liqada üçüncü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib
Yüksək Liqada üçüncü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalının sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq.

Bu görüş saat 12:00-da start götürəcək. Həmin gün saat 15:00-da isə final qarşılaşması keçiriləcək.

“Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 502 dəfə oxundu.