Azərbaycan futbolçusu Tural Bayramlı karyerasını yenidən Yunanıstanda davam etdirə bilər
Bakının “Səbail” klubunun futbolçusu Tural Bayramlı karyerasını yenidən Yunanıstanda davam etdirə bilər.

Yarımmüdafiəçi “İonikos”un transfer siyahısındadır.

Superliqa təmsilçisi T.Bayramlını “Pierikos”a keçməmişdən qabaq izləyib və heyətinə qatmaq istəyib. Amma futbolçu "Pierikos"a keçidə üstünlük verib.

U-21 yığmamızın sabiq üzvünün yayda Yunanıstan klubuna keçidi rəsmiləşə bilər.

Xəbər 426 dəfə oxundu.