Şahmatçılarımız Daşkənddə keçirilən beynəlxalq turnirin ikinci turunda mübarizə aparıblar
Bu gün Daşkənddə Aqzamov memorialının ikinci turunun oyunları keçirilib.

15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan Vüqar Əsədli, Şahin Vəliyev ikinci turda qələbə qazanıblar, Vüqar Manafov heç-heçə edib. Şahmatçılarımızdan ən yaxşı nəticə 1,5 xal toplayan Vüqar Manafova məxsusdur. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Şahin Vəliyev hərəyə bir xal qazanıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir. Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.

Xəbər 227 dəfə oxundu.