Azərbaycan yığması Zambiya və Gürcüstan milliləri ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

mayın 10-dan 16-dək keçiriləcək turnirdə millimiz Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Yığmamız mayın 13-də Zambiya, üç gün sonra isə Gürcüstan millisi ilə üz-üzə gələcək.

U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Xəbər 475 dəfə oxundu.