Tələbələr arasında keçirilən futzal turnirinə yekun vurulub
AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisəsinin fakültələri arasında keçirilən futzal turnirinə yekun vurulub.

AzTU-nun idman zalında keçirilən final qarşılaşmasında Energetika və Avtomatika fakültəsinin komandası İTT fakültəsinin komandasını 8:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Qalib komanda AFFA tərəfindən kubokla təltif edilib.

Turnirdə ilk üç yeri tutan komandalara müvafiq medallar və diplomlar təqdim olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara mükafatlar verilib.

Qalib komandaya kuboku AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və AzTU-nun rektoru Vilayət Vəliyev birlikdə təqdim ediblər.

Xəbər 492 dəfə oxundu.