Azərbaycanın U-15 komandası yoxlama oyununda qələbə qazanıb | |
Bakıda təlim-məşq toplanışını davam etdirən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb. Ümid Səlimovun het-trik etdiyi oyunda U-15-in digər qolunu Hüseyn Vəlizadə vurub. |
|
Xəbər 394 dəfə oxundu. |
|
|