“Qarabağ” Azərbaycan Kubokunun finalında nominal meydan sahibi olacaq
Mayın 5-də futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimində “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL mərasimdə təşkilatın Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovla, “Qarabağ” menecer Şaiq Həsənovla, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Xəbər 528 dəfə oxundu.