Basketbol üzrə oğlanlar və qızlar arasında “Federasiya kuboku-2022” respublika turniri davam edir
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən 17 yaşadək oğlanlar və qızlar arasında “Federasiya Kuboku-2022” respublika turnirində növbəti oyunlar keçirilib.

A qrupunda İOEUGİM-8, “Gənclik”, RİOEUGİM-2, B qrupunda “Gəncə”, “Sumqayıt”, “Torpaq”, C qrupunda “Təhsil-2”, D qrupunda isə “Cəlilabad” komandaları qalib adını qazanıblar. Qızlar arasında keçirilən ikinci turda isə BBA, “Təhsil”, UGİM-10-un basketbolçuları fərqləniblər.

Xəbər 500 dəfə oxundu.