Bu gün UEFA Avropa Liqasının finalçıları müəyyənləşəcək
Mayın 5-də futbol üzrə UEFA Avropa Liqasının yarımfinal görüşləri keçiriləcək.

Cavab oyunlarından sonra turnirin finalçıları məlum olacaq.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Qlazqo Reyncers”lə Şotlandiyada qarşılaşacaq. Qlazqodakı “Aybroks” stadionunda oynanılacaq matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Gecənin digər oyununda İngiltərənin “Vest Hem Yunayted” klubu Almaniyada “Ayntraxt”la üz-üzə gələcək. Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. “Frankfurtştadion” arenasında keçiriləcək matçın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Xəbər 242 dəfə oxundu.